Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Parlamentin təkrarən buraxılacağı barədə məlumatlar ictimai rəyi çaşdırmağa olan cəhddir

03 Aug 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Artıq bir neçə gündür ki, istər sosial şəbəkə platformalarında, istərsə də bəzi media orqanlarında Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə dezinformasiya xarakterli məlumatlar yayılır.

Əfsuslar olsun ki, Vətən müharibəsində xalqın yanında yer almayanlar bu gün Milli Məclisin tərkibi, fəaliyyəti, seçki sistemi barədə yeni yalanlar uydurmaqla siyasi səhnəyə qayıtmaq istəyirlər. Bu kəslər belə ifadələr işlətməklə sadəcə ictimai rəyi çaşdırmağa çalışırlar. Bu isə mümkün deyil. Hər kəs çox yaxşı bilir ki, onların bu cür hərəkətlərə əl atması özlərinin şəxsi maraqları ilə bağlıdır.

Çünki sosial şəbəkələrdə yalan iddialar səsləndirənlər Vətən uğrunda müharibədə xalqın milli birliyindən kənarda qalmaqla hansı mövqedə olduqlarını açıq şəkildə ortaya qoydular.

Bu siyasi təxribat xarakterli məlumatı yayanların məqsədi yalnız qanunverici orqan ilə xalq arasında olan münasibətləri kəskinləşdirmək, Azərbaycan parlamentinin demokratik imicinə zərbə vurmaqla siyasi dividend əldə etməkdir.

Ümumiyyətlə, Azərbaycan Respublikası VI çağırış Milli Məclisi ölkəmizdə demokratiya və hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə edilə bilər. Öz işinin öhdəsindən layiqincə gələn respublikamızın VI çağırış parlamentinin fəaliyyəti, eyni zamanda, siyasi sistemin inkişafı, onun struktur komponentlərinin təkmilləşməsi baxımından olduqca əhəmiyyətlidir. Artıq siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşıb. VI çağırış Milli Məclisdə aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib. Parlamentin iclasları kifayət qədər maraqlı, gərgin müzakirələr və diskussiyalar şəraitində keçir, müxtəlif siyasi baxış və mövqelərin mübarizəsi meydanı kimi diqqətləri özündə saxlamaqla dialoq üçün əvəzsiz məkan rolunu oynayır. Bu zaman edilən çıxışlar, səsləndirilən təkliflər, lazım gəldiyi halda bilavasitə edilən canlı yayımlar istər mətbuatda, istər cəmiyyətdə, istərsə də ailələrdə geniş müzakirə və mübahisə predmetinə çevrilir.

Bir sözlə Azərbaycan parlamentinin fəaliyyəti dövrün və cəmiyyətin tələblərinə uyğun qurulub və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən islahatların ruhuna tam cavab verməkdədir. Parlamentimiz bu gün Konstitusiya ilə ona verilən səlahiyyətlər çərçivəsində qanunvericilik, nəzarət və təmsilçilik kimi əsas funksiyalarını fəaliyyətinin bütün dövrlərində böyük məsuliyyətlə yerinə yetirməyə çalışaraq hakimiyyətin müstəqil qanadlarından biri, insanlara, onların hüquqlarının və azadlıqlarının qorunması işinə daha yaxın bir dövlət orqanı olaraq bu missiyasını şərəflə daşımaqdadır.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

Oxşar xəbərlər
OTACI