Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yevlaxda polisin saxladığı sürücüdən narkotik aşkar olunub

03 Aug 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri müvafiq tədbirlərlə avqustun 2-də saat 2 radələrində Yevlax rayonunun Qarxun kəndi ərazisində rayon sakini N.Cəfərovun idarə etdiyi “BMW” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Daxili İşlər Nazirliyindən Press.az-a verilən məlumata görə, sürücüdən sənədləri tələb etdikdə tabesizlik göstərməsinə baxmayaraq o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobilə baxış zamanı oradan çəkisi 3 kiloqram 625 qram olan marixuana aşkar edilərək götürülüb və sürücü ilə birgə Yevlax Rayon Polis Şöbəsinə təhvil verib.

Davam etdirilən tədbirlərlə N.Cəfərovun Aşağı Qarxun kəndi ərazisində atdığı, çəkisi 2 kiloqram 335 qram olan çətənə kolunun hissələri də aşkar edilərək götürülüb.

Oxşar xəbərlər
OTACI