Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

03 Aug 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Energetika naziri Pərviz Şahbazov xüsusi karantin rejiminin davam etdiyi müddətdə vətəndaşların qəbulu qaydalarına uyğun olaraq videoformatda vətəndaşları qəbul edib.

Press.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazirliyin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib.

Müraciətlər əsasən, təbii qaz təchizatı ilə bağlı texniki şərtin verilməsi, işlə təminat və digər məsələləri əhatə edib. Qəbul zamanı qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Energetika Nazirliyi vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkil edilməsi məqsədilə rəhbər vəzifəli şəxslərin 2021-ci il üzrə vətəndaş qəbulu qrafikini yeniləyib və saytında yerləşdirib. Eyni zamanda vətəndaşlar müraciətlərini (012) 598-16-53/54 telefon nömrələri, (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar xətt”i, [email protected] elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.

Xüsusi karantin rejimi müddətində vətəndaş qəbulu onlayn olaraq həyata keçirilir.

Oxşar xəbərlər
OTACI