Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazir müavini: "Azərbaycan yanğınsöndürənləri qısa zamanda yanğını söndürməyə nail olacaqlar"

02 Aug 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev avqustun 2-də Muğla əyalətinin Marmaris rayonunun Turqut bölgəsində yanğının baş verdiyi ərazidə olub.

Nazir müavini dəniz səviyyəsindən təxminən 830 metr hündürlükdə yerləşən bölgəyə baxış keçirib.

E.Mirzəyev "Report"a açıqlamasında Türkiyəyə qardaş yardımına gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) ikinci yanğınsöndürmə briqadasının canlı qüvvəsi və texnikalarından ibarət qrupun Türkiyədəki yanğın bölgəsinə doğru hərəkət etdiyini və tez zamanda işə başlayacağını bildirib.

Nazir müavini vurğulayıb ki, Türkiyə rəsmiləri ilə "böhran mərkəzin"də mövcud vəziyyət müzakirə ediləcək, Azərbaycan heyətinin fəaliyyəti ilə bağlı qərarlar qəbul olunacaq.

O deyib ki, Azərbaycanın peşəkar və təcrübəli yanğınsöndürənləri qısa zamanda yanğını söndürməyə nail olacaqlar.

Report

Oxşar xəbərlər
OTACI