Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ölkə ərazisində karantin qaydalarının pozulduğu toylar aşkar edilib - FOTO/VİDEO

02 Aug 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili işlər orqanlarının və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı Bərdə rayonunda yerləşən “Kral” şadlıq sarayında, eləcə də rayonun Şatırlı kəndində fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı analoji qayda pozuntuları rayonun Düyərli və Hacıqərvənd kəndlərində baş tutan toy məclislərində də aşkarlanıb.

Füzuli RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən toy məclislərində ümumilikdə 10 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və 106 qonaq toya buraxılmayıb. Qayda pozuntularına yol vermiş obyekt və ev sahibləri ilə profilaktiki səpkidə söhbətlər aparılıb və həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Qorğan kəndində karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy şənliyinin keçirilməsi müəyyən edilib.

DİN-in Quba regional qrupundan verilən məlumata görə, məclisin təşkilatçısı, Şabran rayon sakini Rasim Ağayevin əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

R.Ağayevin barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edilib.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tələblərinə riayət edilməsi məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ötən ay şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən 50 toy mərasimində qaydaların pozulduğu aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun bir neçə kəndində yerləşən 45 ünvanda keçirilən toy məclislərində iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu aşkarlanıb ki, həmin toy sahibləri barəsində də İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsi protokol tərtib olunaraq cərimələniblər.

5 şadlıq sarayında təşkil edilən toy mərasimlərində isə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, dəvət edilən qonaqların COVID pasportu olmaması, eləcə də 150 nəfərdən artıq olması  aşkarlanıb. Həmin obyekt sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

 

Oxşar xəbərlər
OTACI