Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əfqanıstanda 58 nəfər daşqın qurbanı olub

31 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əfqanıstanın Nuristan əyalətində baş vermiş daşqın 58 nəfərin həyatına son qoyub, 140 nəfər itkin düşmüş hesab olunur.

Press.az xəbər verir ki, bu barədə yerli "Ariana News” telekanalı məlumat yayıb.

Məlumata görə, leysan yağışlarının səbəb olduğu daşqınlar Kamdiş rayonunun Meherdiş kəndini su altında qoyub. Daha əvvəl rəsmən 40 nəfərin öldüyü bildirilsə də, bəzi yerli hakimiyyət nümayəndələri ölü sayının 150 nəfər olduğunu qeyd edib.

Təbii fəlakət bölgədə 150 evin dağılmasına səbəb olub.

Oxşar xəbərlər
OTACI