Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əfqanıstanda 60 nəfər selin qurbanı olub

31 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əfqanıstanın Kamdiş bölgəsində iyulun 29-u güclü yağışlar səbəbindən sel yaranıb. 

Press.az xəbər verir ki, bu haqda məlumatı bölgənin aid olduğu Nuristan vilayətinin yerli rəhbərliyi yayıb.

Məlumata əsasən, sel nəticəsində 60 nəfər həlak olub. Bununla yanaşı, təbii fəlakət nəticəsində 150-dən çox sakin itkin düşüb. 

Bildirilir ki, axtarış-xilasetmə əməliyyatları hazırda davam edir. 

Ölkənin Təbii Fəlakətlərlə Mübarizəyə Hazırlıq İdarəsinin məlumatına görə isə, sel səbəbindən 150 ev və 2 körpüyə zərər dəyib. Həmçinin, qeyd olunur ki, bölgə “Taliban” hərəkatı döyüşçülərinin nəzarətində olduğu üçün seldən zərər görən sakinlərə kömək göndərmək mümkün deyil. 

“Taliban” isə öz növbəsində açıqlama verərək həmin ərazilərdə sakinlərə kömək çatdırmaq istəyən qurumlara şərait yaradılacağını iddia edib.

//Qafqazinfo.az

Oxşar xəbərlər
OTACI