Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"İndi bizdən nəsə öyrənməyə çalışırlar" - Tahir Gözəl

31 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın prezidenti Tahir Gözəl komandanın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod"u adlayaraq, növbəti mərhələyə çıxması barədə danışıb.

Press.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında qələbəyə görə komandanı təbrik edib:

“Aşdod"la oyunda qazandığımız qələbə və “Qarabağ”ımızın mərhələ adlaması münasibəti ilə baş məşqçimiz Qurban Qurbanovu, komandamızın bütün futbolçularını, xüsusən "Qarabağ" azarkeşlərini təbrik edirəm. "Aşdod"la oyundakı uğur avrokuboklarda yenə iddialı olduğumuzu göstərdi. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun sayəsində biz indi azad Qarabağı, ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanı təmsil edirik. Bu, bizi daha məsuliyyətli edir. Odur ki, daha güclü heyətin qurulması üçün klubumuzun idarəçilərinə tapşırıqlar vermişəm. Əminəm ki, zamanla daha əzmkar, daha mübariz, daha böyük hədəflər üçün oynayan “Qarabağ” görəcəyik.

Tahir Gözəl "Qarabağ"a güvəndiyini və ölkəmizi Konfrans Liqasında uğurla təmsil edəcəklərinə inandığını deyib:

"Klub olaraq da böyümüşük, təcrübə toplamışıq. Əvvəl biz öyrənirdiksə, indi bizdən nəsə öyrənməyə çalışırlar. "Aşdod"la oyunda bunun şahidi olduq. Qürurla deyə bilərik ki, klubumuz həm də yaxşı idarəçilər yetişdirir. UEFA Konfrans Liqası yeni turnirdir. Burada mərhələ adlayan ilk Azərbaycan komandası olduq. Ümid edirəm, bu uğurun davamını AEL-lə matçlarda da gətirəcəyik. Mənim komandama güvənim sonsuzdur. Yeni turnirdə - Konfrans Liqasında mümkün olduğu qədər irəliləməyə, Azərbaycanı, Qarabağı böyük qürur hissi ilə təmsil etməyə çalışacağıq”.

Qeyd edək ki, "Qarabağ" 3-cü təsnifat mərhələsində AEL ilə (Kipr) qarşılaşacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI