Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putinlə Ərdoğan arasında telefon danışığı oldu

31 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Press.az xəbər verir ki, ölkə liderləri Türkiyənin cənub rayonlarında baş verən meşə yanğınları nəticəsində yaranmış fövqəladə vəziyyət müzakirə ediblər. Rusiya və Türkiyənin bu təbii fəlakətlə mübarizədə əməkdaşlığının vacibliyi qeyd olunub.

V. Putin Rusiyanın Türkiyəyə meşə yanğınlatının söndürülməsində hərtərəfli köməyi davam etdirəcəyini təsdiqləyib. Ərdoğan hərtəfli dəstəyə görə rusiyalı həmkarına təşəkkür edib.

Putin və Ərdoğan telefon danışığı zamanı Rusiya-Türkiyə çoxplanlı əməkdaşlığının aktual mövzularına da ətraflı toxunublar. Bu yaxınlarda baş tutan ikitərəfli hökumətlərarası komissiyanın iclasının yekunlarına müsbət qiymət verilib.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

Oxşar xəbərlər
OTACI