logo
First slide

Məmmədyarov ilk görüşlərinə çıxır

31 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 8-ci mərhələsi start götürəcək.

Press.az xəbər verir ki, Azərbaycanı "Chessable Masters" adlı turnirdə təmsil edən Şəhriyar Məmmədyarov da mübarizəyə başlayacaq. 36 yaşlı qrossmeyster turnirdə ilk görüşlərini keçirəcək. O, birinci turda Eduardo İtturizaqa (İspaniya) ilə üz-üzə gələcək. Məmmədyarov ardınca Yu Vençjun (Çin), Vladislav Artemyev (Rusiya), Pentala Harikrişna (Hindistan) və David Anton Quicarro (İspaniya) ilə qarşılaşacaq.

Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.

"Chessable Masters"

1-ci tur

Şəhriyar Məmmədyarov - Eduardo İtturizaqa (İspaniya)

2-ci tur

Yu Vençjun (Çin) - Şəhriyar Məmmədyarov

3-cü tur

Şəhriyar Məmmədyarov - Vladislav Artemyev (Rusiya)

4-cü tur

Pentala Harikrişna (Hindistan) - Şəhriyar Məmmədyarov

5-ci tur

Şəhriyar Məmmədyarov - David Anton Quicarro (İspaniya)

Oxşar xəbərlər
OTACI
OTACI