logo
First slide

Bakıda qadın sürücü sərxoş halda qəza törətdi - FOTO

31 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Press.az xəbər verir ki, yol qəzası Füzuli küçəsində baş verib.

Aqil Abbasov idarə etdiyi “Raven” markalı avtomobillə hərəkətdə olan zaman onun qarşısına xanım sürücünün idarə etdiyi “Chevrolet” markalı avtomobil çıxıb və qəza baş verib.

Sürücü A.Abbasovun bildirdiyinə görə, “Chevrolet” qəfildən onun yoluna çıxıb. Xanım sürücünün sərxoş olduğu deyilir. Onun sərnişinlərindən biri xəsarət aldığı üçün əraziyə Təcili Tibbi Yardım Xidməti çağırılıb, sərnişinə ilkin tibbi yardım göstərilib.

Fakt Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

//APA

Oxşar xəbərlər
OTACI
OTACI