Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Tokio-2020-də ilk medalını qazandı

30 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Press.az xəbər verir ki, milliləşdirilmiş ukraynalı idmançı +78 kq çəkidə yarışır. O, ilk görüşünü 1/8 finalda Bosniya və Herseqovina cüdoçusu Larisa Tseriçə qarşı keçirib. Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib. Bu mərhələ onun rəqibi Cənubi Koreya idmançısı Mi Jin Han olub. O, bu görüşdə də ipponla qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə cüdoçumuz 2019-cu ilin dünya çempionu Akira Sone (Yaponiya) ilə qarşılaşıb və ipponla məğlub olub.

O, üçüncü yer uğrunda yarışacaq. İdmançımızın rəqibi çinli Hu Şinyan olub. İdmançımız ipponla qalib gəlib. O, bürünc medala sahib olub. Bu, ölkəmizin Tokio-2020-də ilk medalıdır.

Yarımfinal, final görüşləri və üçüncü yer uğrunda qarşılaşmalar Bakı vaxtı ilə saat 12.00 - 14.50 arasında keçirilir.

İ.Kindzerska cudo yarışlarında sonuncu təmslçimizdir.

Bundan əvvəl mübarizəyə qoşulmuş 8 cüdoçumuzun heç biri medal qazana bilməyib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI