Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədən gözlənilən xoş xəbər gəldi

29 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin 9 rayonunda vüsət almış dəhşətli meşə yanğınlarının söndürülməsi işləri davam edərkən 4 rayondan sevindirici xəbərlər gəlib.

Press.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adana şəhərinin Kozan rayonunda yanğınlar qismən, Kütahya, Kilis və Muğlanın Köyceğiz rayonunda  isə tamamən nəzarətə götürülüb. 

Hazırda 9 müxtəlif şəhərdə davam edən yanğınların söndürülməsi üzrə işlər davam etdirilir.

Qeyd edək ki, meşə yanğınlarının davam etdiyi ərazilərin bəzilərində alovlar yaşayış məntəqələrinə yetişib. Həmin ərazilərdə yaşayan sakinlər təhlükəsiz yerlərə evakuasiya edilib.

 

Oxşar xəbərlər
OTACI