Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" növbəti mərhələdə!

29 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Press.az xəbər verir verir, Ağdam klubu UEFA Konfrans Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

II təsnifat mərhələsindən mübarizəyə başlayan Qurban Qurbanovun yetirmələri “Aşdod” səddini adlayıb. Evdə qolsuz heç-heçə edən Premyer Liqanın vitse-çempionu İsraildəki qələbə ilə tur adlayıb.

“Qarabağ” bu qələbəni erkən qol sayəsində qazanıb. Filip Ozobiçin 6-cı dəqiqədəki qolu komandaya mərhələ adlamaq imkanı verib.

Qeyd edək ki, “Qarabağ”ın III təsnifat mərhələsindəki rəqibi AEL (Kipr) – “Vlajniya” (Albaniya) oyununda müəyyənləşəcək.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunu

29 iyul

21:00. “Aşdod” (İsrail) - “Qarabağ” (Azərbaycan) - 0:1

Qol: Filip Ozobiç, 6

Baş hakim: Novak Simoviç (Serbiya)

Aşdod. “Jabotinski” stadionu

İlk oyun – 0:0

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI