Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Sumqayıt”dan yenə qolsuz vida

29 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Sumqayıt” avrokuboklarda mübarizəni dayandırıb.

Press.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi UEFA Konfrans Liqasında mübarizəyə başladığı II təsnifat mərhələsini adlaya bilməyib.

Ayxan Abbasovun yetirmələri Serbiyanın “Çukariçki” klubu ilə bacarmayıb. Ötən həftə Belqradda qolsuz heç-heçəyə nail olan sumqayıtlılar doğma arenada azarkeşlərini məyus edib.

Oyunun əvvəlində iki qol vuran balkanlılar inamlı qələbə sayəsində mərhələ adlayıb. Tarixində ikinci dəfə avrokuboklara qatılan “Sumqayıt” isə bir il əvvəlki kimi qol vurmadan qitə macəralarına son verib.

Qeyd edək ki, “Sumqayıt” ötən il Şimali Makedoniya “Şkendiya”sına evdə 0:2 hesabı ilə uduzub.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunu

29 iyul

20:00. “Sumqayıt” (Azərbaycan) – “Çukariçki” (Serbiya) - 0:2

Qollar: İbrahima Ndiaye, 10, Marko Dociç, 16 (pen.)

Baş hakim: Yorgen Burhardt (Danimarka)

Sumqayıt. “Kapital Bank Arena”

İlk oyun – 0:0

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI