Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Keşlə” ikinci matçda da uduzdu - “ASK Arena”da qol "yağış"ı

29 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Keşlə” avrokuboklarda növbəti oyununu keçirib.

Press.az xəbər verir ki, Bakı klubu  UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Soçi” ilə qarşılaşıb.

Rusiyada rəqibinə 0:3 hesabı ilə uduzan paytaxt təmsilçisi yenə meydandan məğlub ayrılıb. Məhsuldar keçən görüşdə 6 qol vurulub.

“ASK Arena”dakı qarşılaşmada qonaqlar 4:2 hesabı ilə qalib gəlib. “Keşlə”nin heyətində Felipe Santos və Rəhman Hacıyev rəqib qapısına yol tapıb.

Qeyd edək ki, “Keşlə” ilk dəfə keçirilən turnirə II təsnifat mərhələsindən başlamışdı.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunu

29 iyul

20:00. “Keşlə” (Azərbaycan) – “Soçi” (Rusiya) - 2:4

Qollar: Felipe Santos, 35, Rəhman Hacıyev, 52 - Marko Duqanjiç, 21, 83, Nikita Burmistrov, 38, Timofei Marqasov, 70

Baş hakim: Viktor Şimusik (Belarus)

Bakı. “ASK Arena”

İlk oyun – 0:3

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI