Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə daha bir güclü yanğın başlayıb

29 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin daha bir turizm bölgəsində - Muğla vilayətinin Marmaris rayonunda meşə yanğını baş verib.

Press.az bildirir ki, yanğın Marmarisin "İçmeler" turizm bölgəsi və yaşayış yerlərinə yaxınlaşıb.

Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli Marmairsdəki meşə yanğınına bir təyyarə, 5 helikopter və 30 su tankeri olan avtomobil ayrıldığını bildirib.

Rusiyanın Türkiyədəki Səfriliyi isə “Twitter” səhifəsində yanğınlara Rusiyanın 3 “Be-200” yanğınsöndürmə təyyarəsinin dəstək göstərdiyini vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Antalya, Adana, Kayseri, Osmaniye, Mersin vilayətlərində də yanğınlar davam edir. Antalyanın Manavqat rayonundakı yanğında 3 nəfər ölüb. //Oxu.az

Oxşar xəbərlər
OTACI