Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Polis daha bir əməliyyat keçirib, Yevlax sakinindən “patı” götürülüb

29 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Azər Əhmədov saxlanılıb.

Onun şəhər ərazisində yerləşən mənzilinə baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi 1 ədəd sellofan bükümdə 24 qrama yaxın psixotrop maddə olan metamfetamin, 66 ədəd tramadol və 14 ədəd preqabalin həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirlir.

Oxşar xəbərlər
OTACI