Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağsu sakini “patı” ilə saxlanılıb - FOTO

29 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “patı” kimi tanınan psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı üzərində metamfetamin daşımaqda şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Raman Ziyadxanlı saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Oxşar xəbərlər
OTACI