Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cüdo millimizdən biabırçı çıxış

28 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tokio-2020-də medal ümidlərimizdən sayılan cüdo millimiz uğursuz çıxışlarını davam etdirir.

Press.az xəbər verir ki, komandamız Yay Olimpiya Oyunlarına 9 cüdoçu ilə qatılıb. Onlardan mübarizəyə qoşulan 6 nəfərdən heç biri medal qazana bilməyib. Bu idmançılardan 5 nəfəri - Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev və Məmmədəli Mehdiyev ya 1/16, ya da ən yaxşı halda 1/8 finalda uduzublar. Yalnız Rüstəm Orucov bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. Lakin Rio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı məğlub olaraq Tokio-2020-ni 5-ci yerdə başa vurub.

Beləliklə, bugünkü nəticəyə əsasən, cüdo millimizin çıxışına sıfır qiymət vermək olar.   

Hazırda yarışda cəmi 3 cüdoçumuz qalıb. Hər üçü milliləşdirilmiş legioner olan bu idmançılarımızdan Zelim Kotsoyev (100 kq) mübarizəyə iyulun 29-da başlayacaq. O, 1/16 finalda Fransa idmançısı Aleksandr İddirlə qarşılaşacaq. İyulun 30-da tatamiyə çıxıcaq Uşangi Kokauri (+100 kq) də mübarizəyə 1/16-dan, qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) isə 1/8 finaldan qoşulacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI