Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bitkoinin qiyməti 40 min dolları keçib

28 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 40 min ABŞ dollarını keçib.

Press.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,2%, son 7 gün ərzində isə 27,3 bahalaşıb. Nəticədə onun kapitallaşması 748,3 milyard dollara çatıb.

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 3,4% artaraq 2 307 dollar olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən böyük artım isə “XPR”də olub.

Kriptovalyuta bazarının toplam dəyəri isə 1,557 trilyon dollara çatıb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 14:16-ya olan məlumatları aşağıdakı kimidir.

Oxşar xəbərlər
OTACI