Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sürücülərin DİQQƏTİNƏ: Heydər Əliyev prospektində YENİLİK - VİDEO

28 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son üç il ərzində ağır fəsadlara yol açan 11 yol nəqliyyat hadisəsinin baş verdiyi prospektdə təhlükəsizlik məqsədilə bordür inşa edilib. 

Bu barədə Press.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Bildirilib ki, Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordür inşa edilib. 

Ayırıcı bordürün inşasında məqsəd prospektin bu hissəsində baş verən yol nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alma risklərinin minimuma endirilməsidir. 

Qeyd edək ki, Heydər Əliyev prospekti “Bağırov” körpüsü adlanan hissədə 2019-2021-ci illər ərzində ciddi fəsadlara yol açan 11 nəqliyyat hadisəsi baş verib.

Oxşar xəbərlər
OTACI