Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çörək alarkən nələrə diqqət etməliyik?

27 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çörək əsasən buğda və çovdar unundan hazırlanır. Əsas xammal kimi un, duz, su, maya götürülür.

Press.az xəbər verir ki, barədə Lent.az-a Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan məlumat verilib.

Bildirilib ki, orqanoleptik üsulla çörəyin xarici görünüşü, içliyinin vəziyyəti, dadı, iyi, xəstəliyin olub-olmaması, kənar qarışıqlar müəyyən edilir:

"Çörəyin keyfiyyət göstəricilərinə turşuluq, nəmlik və məsaməlik, həm də orqanoleptik göstəricilər (iyi, dadı, rəngi) daxildir. Çörəyin qabığında çatlar olmamalıdır. Qabığının rəngi buğda çörəyində qızılı sarıdan, açıq-qəhvəyiyə qədər, çovdar və kəpəkli buğda çörəklərində açıqdan tünd-qəhvəyiyə qədər olur.

Çörəyin içliyi yaxşı bişmiş, bərabər məsaməli, barmaqla yoxladıqda isə nəm və ələ yapışan olmamalıdır. Üzərinə yüngül toxunduqda elastik olub öz əvvəlki formasını almalıdır".

Oxşar xəbərlər
OTACI