Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət regionların inkişafına da təsir göstərməkdədir

27 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ölkəmizdə həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas tərkib hissələrindən biri Azərbaycanı müasir dünya standartlarına uyğun, yüksək infrastruktur təminatına malik dövlətə çevirməkdən ibarətdir. Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, regionların inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir. Həyata keçirilən inkişaf siyasətinin mühüm istiqamətlərindən birini də regionların sosial-iqtisadi inkişafı təşkil edir. Bu istiqamətdə reallaşdırılan tədbirlər, görülən işlər davamlı xarakter daşıyır. Başqa sözlə, ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır”.

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, 2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının təsdiqlənməsi yeni iş yerlərinin açılması, yoxsulluğun aradan qaldırılması və məşğulluğun daha da artırılmasına öz müsbət təsirini göstərir: “İstifadəyə verilən hər bir obyekt onlarla, yüzlərlə insanın işsizlik probleminin həllini təmin edir. Dünyada gedən proseslər fonunda son 6 ayda 2 faiz artımın müşahidə olunması Azərbaycan iqtisadiyyatının tənəzzüldən çıxdığını göstərir. Azərbaycan iqtisadiyyatının formalaşmasında qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq kənd təsərrüfatının inkişafı ilə bağlı yeni təşəbbüslər qəbul edilən Dövlət Proqramlarında da öz əksini tapır. Ümumilikdə bu ilin altı ayı ərzində qeyri-neft sənayemizin 16,6 faiz, kənd təsərrüfatının isə 5,6 faiz artması ölkə iqtisadiyyatı üçün əhəmiyyətli artımdır. Bu proqramların ilk dəfə imzalanmasından ötən illər ərzində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik və yoxsulluq səviyyəsi 5 faizə enib”.

Deputat vurğulayıb ki, bu baxımdan dövlət başçısının regionlara etdiyi hər bir səfəri böyük tarixi hadisə kimi dəyərləndirə bilərik: “Regionlarda yeni müəssisələrin, iş yerlərinin açılması, yerli şəraitə uyğun olaraq perspektivlərin müəyyən edilməsi problemlərin həlli üçün mühüm əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin bu günlərdə qərb rayonuna səfəri də bu tərkibdəndir. Daşkəsəndə su təchizatı və kanalizasiya sistemlərinin, Goranboyda yeni yolun istismara verilməsi, Naftalanda körpələr evinin açılması sosial sahənin inkişafının daim dövlətimizin diqqət mərkəzində olduğunu nümayiş etdirir. Müstəqil Azərbaycanımızın bütün bölgələri kimi, Goranboy rayonu da dinamik inkişaf dövrünü yaşayır. Ölkə başçısının rəhbərliyi, yüksək diqqət və qayğısı nəticəsində həyata keçirilən bu abadlıq, quruculuq və tikinti işləri, eyni zamanda uğurlu layihələr sakinlərimizə xoş ovqat və sakit həyat tərzi bəxş edib, rayonumuzun simasını tamamilə dəyişib”.

A.Məmmədov bildirib ki, bu gün rayonun kənd və qəsəbələrində sosial problemlərin həlli istiqamətində ciddi addımlar atılır, sərhəd kəndlərinə lazımi diqqət göstərilir, əhalinin mavi qaza, elektrik enerjisinə, su ilə təminatına, işsizliklə bağlı problemlərinin və digər məsələlərinin həlinə diqqətlə yanaşılır: “Azərbaycanın son illərdəki sürətli inkişafını sərhədyanı bölgə kimi hər zaman cənab Prezidentin diqqəti və qayğısı ilə əhatə olunan və millət vəkili kimi təmsilçisi olduğum 96 saylı seçki dairəsinə daxil olan Goranboy rayonunun timsalında da aydın görmək olar.

Oxşar xəbərlər
OTACI