Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyənin parlament sədrindən Ermənistana ÇAĞIRIŞ

27 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ümid edirik ki, Ermənistandakı seçkilərdən sonra Nikol Paşinyan sülh üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək və prosesi sürətləndirəcək”. 

Press.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycan parlamentində keçirilən üçtərəfli görüşdə deyib.

“Azərbaycanın Ermənistana sülh çağırışlarını biz açılım olaraq dəyərləndiririk. Ermənistan bu çağırışa adekvat cavab verərsə, Türkiyə olaraq bunu ən düzgün mövqe kimi qiymətləndirərik”, - deyə M.Şəntop əlavə edib.

Türkiyə parlamenti düşünür ki, Türkiyə-Azərbaycan-Pakistan əməkdaşlığı sülh istəyənləri cəsarətləndirəcək.

Oxşar xəbərlər
OTACI