Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN-dən narkotiklə mübarizə apardığı üçün həbs edildiyi iddia edilən şəxslə bağlı REAKSİYA

27 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məhərrəm adlı vətəndaş oğlu Anar Məmmədovun narkotik ticarəti ilə mübarizə apardığı üçün saxlanıldığını iddia edib.

Həmçinin, həmin şəxs bildirib ki, oğluna işgəncə verilib.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, A.Məmmədova heç bir işgəncə verilməyib:

“Həmin şəxs narkotiklə mübarizə apardığına görə deyil, narkotik və psixotrop maddələrin daşınmasına görə saxlanılıb. Həmin şəxsdən metamfetamin “patı” aşkar olunaraq götürülüb.

Faktla bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanıb. A.Məmmədov barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

O qeyd edib ki, A.Məmmədov əvvəllər də Cinayət Məcəlləsinin xuliqanlıq, odlu silah daşıma, hədə-qorxu ilə tələb etmə, sərxoş halda yol-nəqliyyat hadisəsi törədək zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda, yol nəqliyyat hadisəsi yerindən qaçmaqda və soyğunçuluq etməkdə təqsirli bilinərək məhkum olunub.

Oxşar xəbərlər
OTACI