Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Göyçayda “patı” alverçiləri saxlanılıb, birindən qumbara aşkarlanıb

27 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Çayarxı kənd sakini Xəyal Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin (“patı”) və üzərində daşıdığı sellofan torbadan 1 ədəd “F-1” əl qumbarası aşkarlanaraq götürülüb.

Keçirilən daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə saxlanılan əvvəllər məhkum olunmuş Elvin Qafurovdan metamfetamin aşkarlanıb.

Araşdırma zamanı bir neçə gün öncə keçirilən əməliyyat tədbirləri ilə tutulan, üzərindən heroin və metamfetamin aşkarlanan Kamil Qəndəliyevə narkotik vasitəni satan şəxsin E.Qafurov olduğu müəyyən edilib.

Faktlarla bağlı Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI