Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

BDU-dan iki əməkdaşının bıçaqlanmasına REAKSİYA - YENİLƏNİB + FOTO

27 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

27 iyul saat 11:00 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

BDU-dan verilən məlumata görə, xəsarət alan hər iki şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır.

Hadisəni törətməkdə təqsirli bilinən universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

15:03

Bakı Dövlət Universitetinin əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevin bıçaqlanmasının təfərrüatı açıqlanıb. 

Press.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisəyə səbəb BDU-nun iki əməkdaşını bıçaqlamaqda şübhəli bilinən İsmixan Mirzəyevin əmək müqaviləsini uzadılmaması göstərilib.

Faktla bağlı araşdırmalar aparılır.

14:44

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Dövlət Universitetinin əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən, həmin universitetin əməkdaşı paytaxt sakini İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

13:58

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə BDU-da baş verib.

Qeyd edək ki, hadisəni İsmixan adlı şəxs törədib.

 

Oxşar xəbərlər
OTACI