Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İlham Əliyev AKP sədrinin birinci müavinini qəbul edib

26 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Press.az xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Dövlət başçıları arasında mütəmadi təmasların əlaqələrimizin genişlənməsində xüsusi rolu vurğulanıb.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, partiyalar arasında əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Eyni zamanda, ölkələrimizin müxtəlif qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunulub.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Oxşar xəbərlər
OTACI