Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Toyda 23 yaşlı oğlanı öldürən şəxs SAXLANILDI (YENİLƏNİB)

25 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daşkəsən şəhərində keçirilən toy mərasimində 23 yaşlı gənci ürəyindən bıçaqlayaraq qətlə yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Press.az xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Tağıyev Şakir Şükür oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxs cinayəti törətdikdən sonra hadisə yerindən qaçmışdı.

***17:53

Daşkəsən şəhərində keçirilən toy mərasimində bıçaqlanma olub, ölən var.

Press.az xəbər verir ki, Daşkəsən şəhər ərazisində keçirilən toy mərasimində qonaqlar arasında mübahisə yaşanıb.

Bir nəfər bıçaqlanıb. O, ağır halda xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

///report.az

Oxşar xəbərlər
OTACI