Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zərdabda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb

24 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zərdabda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası, saxlanılması və satışı ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Pərvanlı kənd sakinləri Yusif Qədirov, Azər Abdullazadə, Cahandar Cəfərquliyev və Gülağa Sədizadə saxlanılıblar.

Onların aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 21 ədəd çətənə kolu və satış məqsədi ilə qablaşdırdığı qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI