Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edilib

23 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edilib.

Press.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyası qərar qəbul edib.

Təlimatda edilən dəyişikliyə görə, patrul avtomobili dayandırılmış nəqliyyat vasitəsinin arxasında saxlanılmalıdır.

Sənədə əsasən, yol şəraiti və hərəkət intensivliyi nəzərə alınmaqla patrul avtomobili dayandırılmış nəqliyyat vasitəsinin qarşısında da saxlanıla bilər. Nəqliyyatın hərəkəti üçün maneə və ya əməkdaş üçün təhlükə yarandığı hallar istisna olmaqla, əməkdaş dayandırılmış nəqliyyat vasitəsinin önündə və ya arxasında durmamalıdır.

Qərar respublika daxili işlər orqanlarında elan edilib.

Qeyd edək ki, bu dəyişikliyə qədər patrul avtomobili dayandırılan nəqliyyat vasitəsinin arxasında saxlanılmamalı idi. Əməkdaşın dayandırılmış nəqliyyat vasitəsinin önündə və ya arxasında durması tövsiyə olunmurdu.

Oxşar xəbərlər
OTACI