Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Keşlə" Rusiyada darmadağın oldu

22 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan kubokunun qalibi “Keşlə” avrokuboklarda mübarizəyə başlayıb.

Press.az xəbər verir ki, Bakı klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

Sənan Qurbanovun yetirmələri Rusiyada “Soçi”nin qonağı olub. Qarşılaşmada hesabı meydan sahibləri açıb. 

Tamaşaçılarsız keçirilən oyunun 10-cu dəqiqəsində Rodriqao erkən qola imza atıb. İkinci hissənin ortalarında Rusiya təmsilçisi fərqi artırıb. Kristian Noboa penaltidən fərqlənib. Matçın sonlarında Maksim Barsov fərqi üç topa çatdıraraq cütün taleyini böyük ölçüdə həll edib.

Qeyd edək ki, “Keşlə” iyulun 29-da “Soçi”ni Bakıda qəbul edəcək.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

22 iyul

20:00. “Soçi” (Rusiya) – “Keşlə” (Azərbaycan) - 3:0

Qollar: Rodriqao, 10, Kristian Noboa, 66 (pen.), Maksim Barsov, 81

Baş hakim: Enea Jorgyi (Albaniya)

Soçi. “Fişt” stadionu

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI