Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin Paşinyanla Qarabağı müzakirə edib

22 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla telefonla danışıb.

Press.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.

Söhbət zamanı iqtisadiyyat və ticarət, enerji və humanitar eləcə də digər sahələrdə Rusiya-Ermənistan əməkdaşlığının aktual məsələləri müzakirə olunub.

Həmçinin, Qarabağ ətrafında vəziyyət barədə də fikir mübadiləsi aparılıb. O cümlədən, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası məsələlərinə də toxunulub.

Telefon danışığı zamanı müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsi razılaşdırılıb. //Oxu.az

Oxşar xəbərlər
OTACI