Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qarabağ” mövsümə heç-heçə ilə başladı

22 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qarabağ” 2021/22 mövsümünə start verib.

Press.az xəbər verir ki, Ağdam klubu Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayıb.

Qurban Qurbanovun yetirmələri İsrail təmsilçisi “Aşdod”la görüşüb. Premyer Liqanın vitse-çempionu ilk matçı evdə keçirib.

İlk dəqiqələrdən üstünlüyə yiyələnən “Qarabağ” rəqib qapısına ardıcıl hücumlar təşkil edib. Lakin təmsilçimiz yaradılan imkanlardan yararlanmayıb. İsraillilərin müqavimətini qıra bilməyən Qurbanovun yetirmələri qarşılaşmanı azlıqda bitirib. Matçın sonlarında Maksim Medvedev qırmızı vərəqə alaraq komandanı azlıqda qoyub. Bununla da “Qarabağ” mövsümə qolsuz sülhlə başlayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 29-da İsraildə baş tutacaq.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

22 iyul

20:00. “Qarabağ” (Azərbaycan) – “Aşdod” (İsrail) - 0:0

Qırmızı vərəqə: Maksim Medvedev, 83

Baş hakim: Sergey Boyko (Ukrayna)

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI