Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ailəsini ölümlə hədələyən şəxs saxlanıldı

22 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xızı Rayon Polis Şöbəsi əməkdaşların keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Sabir Atlıxanov saxlanılıb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib.

Onun sözlərinə görə, iyulun 21-i səhər saatlarında Xızı Rayon Polis Şöbəsinə rayonun Giləzi kəndində yaşayan Lamiyə Muxtarova həyat yoldaşı S.Atlıxanovun valideynlərinin yaşadığı Giləzi kəndinə gələrək özünü və valideynlərini ölümlə hədələdiyini bildirib.

Həmin vaxt L. Muxtarova da valideynlərinin yaşadığı evdə olub. Rayon Polis Şöbəsi əməkdaşları müraciətə operativ reaksiya verərək dərhal hadisə yerinə gediblər. Polis əməkdaşlarını görərkən əvvəllər dəfələrlə məhkum olunmuş S.Atlıxanov özünə bıçaqla xəsarətlər yetirib və hadisə yerindən uzaqlaşmağa cəhd edib. Lakin o, çox uzağa gedə bilməyib və polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan zaman onun üzərindən bir ədəd bıçaq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər
OTACI