Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda küçədə tapılan körpə Şəhidlər xiyabanına atılıbmış - YENİLƏNİB + FOTO

22 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda küçəyə atılan körpə barədə məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki Şəhidlər xiyabanının ərazisində yeni doğulmuş uşaq tapılıb:

“Uşaq Rayon Mərkəzi Xəstəxanasına təhvil verilib. Faktla bağlı hazırda Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır”.

15:12

Ağcabədidə küçəyə atılan körpənin vəziyyəti normaldır.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, məsələ Dövlət komitəsinin nəzarətindədir: “Hazırda körpə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müayinə olunur, bütün lazımi tədbirlər də görülür”.

Qeyd edək ki, bu gün körpə oğlan uşağı Ağcabədi rayonunda küçəyə atılıb.

Oxşar xəbərlər
OTACI