Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mingəçevirdə keçmiş məhkum heroinlə saxlanılıb

22 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mingəçevir şəhərində dəfələrlə məhkumluq həyatı yaşayan şəxs yenə heroinlə saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkumluq həyatı yaşayan Mingəçevir şəhər sakini Vüsal Mirzəyev saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, narkotik vasitə aludəçisi olan V.Mirzəyev dəfələrlə yaşadığı ünvanda qonşuların və ailəsinin narahatlığına, həmçinin məişət səs-küyünün yaranmasına səbəb olan hərəkətlərə yol verib. Onun barəsində DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Şəhər Polis Şöbəsinə şikayət daxil olub.

Oxşar xəbərlər
OTACI