Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Sumqayıt” səfərdən sülhlə qayıdır

21 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Sumqayıt” 2021/22 mövsümünə start verib.

Press.az xəbər verir ki, Premyer Liqanın bürünc mükafatçısı UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirib.

Ayxan Abbasovun yetirmələri Serbiyada “Çukariçki” ilə qarşılaşıb. Görüş qarşılıqlı hücumlarla keçsə də, meydan sahibləri cüzi ərazi üstünlüyünə malik olub. 

Lakin tərəflərdən heç biri yaradılan imkanlardan istifadə edə bilməyib. Qolsuz sülhlə ayrılan rəqiblər cütün taleyinə cavab görüşündə aydınlıq gətirəcək.

Bununla da Azərbaycan klublarının Konfrans Liqasında debütü heç-heçə ilə əlamətdar olub. “Sumqayıt” isə özünün ilk avrokubok səfərində sülhə imza atıb. Bu, klub tarixinə qitə miqyaslı turnirlərdəki ilk xal kimi düşüb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 29-da keçiriləcək.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

21 iyul

22:00. “Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan) - 0:0

Baş hakim: Urs Şnider (İsveçrə)

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI