Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Deputat 800-dən çox ailəyə bayram sovqatı göndərdi - FOTOLAR

21 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə Qurban bayramı ilə əlaqədar Goranboy rayonu və Naftalan şəhəri ərazisində yaşayan 800-dən çox şəhid ailəsinə, Qarabağ qazilərinə, Çernobıl əlillərinə, habelə imkansız ailələrə qurban payı çatdırılıb.

Deputatın sözlərinə görə, bu cür xeyriyyə aksiyalarının məqsədi milli-mənəvi dəyərlərimizi təbliğ etmək, insanları birliyə, əmin-amanlığa səsləmək, aztəminatlı ailələrin, əlil, ahıl və kimsəsizlərin bayram sevincinə şərik çıxmaq, onları sevindirməkdən ibarətdir.

Bayram sovqatı alan ailələr də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.

Oxşar xəbərlər
OTACI