Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Yalnız həyat yoldaşımdan çəkinirəm" - "Aşdod"un baş məşqçisi

21 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Hələ ki, oyuna bir gün qalıb və matça hazırıq. Amma hansı səviyyədə hazır olduğumuzu görəcəyik".

Press.az xəbər verir ki, bu fikirləri İsrailin "Aşdod" klubunun baş məşqçisi Ran Ben Şimon Bakıda "Qarabağ" ilə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis püşkatmadan sonra “Qarabağ”ı araşdırdıqlarını söyləyib: "Rəqib keyfiyyətli oyun göstərir. Son mövsümü bir xal fərqlə “Neftçi”yə uduzduqlarını bilirik. Yüksək səviyyəli oyunçuları var. Bu komandanın bəzi futbolçuları Azərbaycan millisindədir və yığmanın son illərdəki irəliləyişi hiss olunur".

İsrailli baş məşqçi "Qarabağ"ın ötən mövsüm "Makkabi" ilə görüşlərini izlədiyini bildirib: "Bizim çempion mərhələ adlamışdı. Amma iki bərabərsəviyyəli oyun olub. Təbii ki, “Qarabağ”a hörmətlə yanaşırıq".

Şimon “Qarabağ”dan çəkinirsiniz" sualına belə cavab verib: "Həyatda yalnız həyat yoldaşımdan çəkinirəm (gülür). Çünki o, güclü şəxsiyyətdir".

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI