Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Azərbaycanlıların İrəvan restoranlarında necə əyləndiklərini görəcəyik"- Erməni qız

21 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tanınmış erməni jurnalist Karine Arutyunyan ölkəsinin aciz duruma düşməsi və hakimiyyətin səbatsızlığından gileylənib.

O Ermənistan diplomatiyasının fiaskosu haqqında yazdığı məqalədə maraqlı fikirlər səsləndirib:

"Nə qədər ki, mövcud hökumətin diplomatiyası olmayacaq, Ermənistanda hazırda baş verən proseslər davam edəcək. Sərhədlərdə oğlanlarımız ya öləcəklər, ya da xəstəxanalara düşəcəklər. Bir gün minlərlə azərbaycanlının İrəvandakı restoranlarda necə əyləndiklərini görəcəyik. Yaxud da gölümüzdə balıq ovlamalarını...

Sülh bölgəmiz, xalqımız üçün çox lazımdır. Amma təəssüf ki, bu hökumət müharibədən əvvəl barışı inkar etdi və indi diplomatiyasını düşmənə qarşı ittihamlar, təhdidlər və beynəlxalq birliyin çiyinlərində durmaqla göz yaşları üzərində qurur.

Bu hökumətin heç bir diplomatiyası yoxdur. Hökumət ordusunu əzir, yüksək səviyyəli mütəxəssisləri ordu sıralarından təcrid edir və onları daha az bacarıqları olan başqaları ilə əvəz edir. Bu meymunlara səs verən seçicilərin 54% -i nə düşündü?

///Azvision.az

Oxşar xəbərlər
OTACI