Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda daha bir yeniyetmə özündən böyük kişiyə ərə verilir - İDDİA

21 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Astara rayonunda 16 yaşlı qızı 30 yaşlı oğlanla nişanlayırlar.

Press.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində yazıb.

O bildirib ki, nişan bu gün saat 14:00-da Astara rayonunun Rüdəkənar kəndində baş tutacaq: “Məndə olan məlumata görə, saat 2-də nişandır. 16 yaşı hələ tamam olmayan (olsa nə olacaq ki...) Astara rayonunun Rüdəkənar kəndinin sakini, 30.07.2005-ci il təvəllüdlü Məmmədova Sumayyənin 30 yaşlı Lənkəran sakini İsmayıl adlı şəxslə nişanı olacaq. Deyilənə görə, sabah qız toyudur. Kəndin icra nümayəndəsi isə deyəsən məclisə çağırılmayıb, heç nədən xəbəri yoxdur. Qurban bayramında 16 yaşlı azyaşlını qurban deməzlər. İndi məsələ ictimailəşdikdən sonra açıqlama verəcəklər ki, “vallah ad edirik, toyunu yaşı tamam olanda edəcəyik”.

Oxşar xəbərlər
OTACI