Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tokio-2020 ləğv edilə bilər - Təşkilat Komitəsi

20 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tokio-2020 Yay Olimpiya Oyunları ləğv edilə bilər.

Press.az xəbər verir ki, Təşkilat Komitəsi yarışların açılış mərasiminə üç gün qalmış bunu açıqlayıb.

Komitənin baş direktoru Tosiro Muto bildirib ki, koronavirsla bağlı vəziyyət pisləşsə Olimpiada ləğv edilə də bilər. Son bir sutkada Oyunlarla bağlı daha 10 koronavirusa yoluxma faktı aşkarlanıb və ümumi say 68-ə çatıb: “Biz koronavirusa yoluxma sayının nə qədər olacağını öncədən deyə bilmərik. Buna görə də əgər artım olsa, müzakirələr aparacağıq. Razılaşmışıq ki, koronavirusla bağlı vəziyyətdən asılı olaraq yenidən beştərəfli danışıqlar çağıraq. İndiki durumda xəstəlik arta və ya azala bilər. Ona görə də belə vəziyyət yarananda nə etməli olduğumuzu düşünəcəyik”.

Qeyd edək ki, Tokio-2020 çərçivəsinə yalnız 26 yarış tamaşaçılarla keçiriləcəksə, digər 724 yarış boş tribunalar önündə baş tutacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI