2018/2019-cu tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək məqsədi ilə müsabiqə şərtini ödəmiş 45 namizəd ərizə ilə müraciət etmişdir. Qəbul olmuş 15 namizədin siyahısını təqdim edirik:
İş nömrəsi |
Topladığı bal |
Qəbul olduğu ixtisasın kodu |
228102 |
112 |
337116 |
228141 |
101 |
313245 |
228153 |
112 |
313359 |
228219 |
106 |
313261 |
228251 |
103 |
311682 |
228263 |
99 |
313472 |
228353 |
96 |
313489 |
228520 |
100 |
361124 |
228658 |
101 |
311511 |
228702 |
102 |
363117 |
228737 |
123 |
311869 |
228788 |
97 |
313489 |
228822 |
102 |
313245 |
228880 |
104 |
313334 |
228983 |
97 |
361181 |
Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri 2018-ci il sentyabrın 24-də müvafiq quruma:
– Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş namizədlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə;
– Naxçıvan Dövlət Universitetinə qəbul olmuş namizədlər Naxçıvan MR Səhiyyə Nazirliyinə və ya Dövlət İmtahan Mərkəzinə (Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28, Bakı Asiya Universitetinin binası) təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaqdır.
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN MƏLUMATI
2018/2019-cu tədris ili üçün rezidenturaya boş qalan yerlərə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”in istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri 24.09.2018-ci il tarixində saat 10:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edərək, nazirliklə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər. Ünvan: Akad. M.Mirqasımov küç. 1A
Rezidenturaya boş qalan yerlərə qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.
Rezidenturaya boş qalan yerlərə qəbul olmuş şəxslər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlərin əslini və surətini şəxsən təqdim etməlidirlər:
Rezidenturaya qəbul olan və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeydiyyatdan keçən şəxslərin müvafiq sənədləri təqdim etmək və əmək müqaviləsi bağlamaq üçün qəbul olduqları klinik bazalara müraciət etməli olduqları tarixlər barədə əlavə məlumat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcəkdir.