Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şadlıq sarayının sahibi məsuliyyətə cəlb edilib - VİDEO

20 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində yerləşən “Qafqaz” şadlıq sarayında karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı təşkil edilən toy mərasimi ilə bağlı məlumatların portalda qeydiyyatdan keçirilmədiyi, icazə verilən saydan artıq qonağın iştirakı, eləcə onların bəzilərinin COVID-19 pasportunun olmadığı müəyyən edilib.

Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektin sahibi Qasım Rəcəbov barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

 

Oxşar xəbərlər
OTACI