logo
First slide

Şirvanda "patı" satan 3 nəfər saxlanılıb - FOTO

20 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan üç nəfər şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Press.az-a verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Nurlan Qədirli, Pərviz Qəmbərov və Gülnar Ağayeva olduqları müəyyən edilib.

Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI
OTACI