logo
First slide

Bakıda müğənninin öldürülməsi xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

20 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nizami Rayon Prokurorluğu Bakıda müğənninin oteldə qətlə yetirilməsi barədə yayılan iddialara münasibət bildirib.

Rayon Prokurorluğundan Press.az-a daxil olan məlumatda deyilir ki, qadın yaralıdır:

"İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çox saylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir".

Qeyd edək ki, xəsarət alan A.Mirzəyevanın müğənni olduğu bildirilir.

Oxşar xəbərlər
OTACI
OTACI