Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azəriqaz” İB-nin əməkdaşları şəhid ailələrini ziyarət ediblər - FOTO

20 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azəriqaz” İstehsalat Birliyi (İB) xüsusi günlərdə şəhid ailələrinin ziyarət olunmasına önəm verir. Birliyin baş direktoru Ruslan Əliyev mütəmadi olaraq şəhid ailələrini ziyarət etməklə yanaşı, onların nümayəndələrini qəbul edir, qayğıları ilə maraqlanır. Qurban bayramında da belə ailələr yaddan çıxmayıb.

“Azəriqaz” İB-nin mətbuat xidmətindən Press.az-a bildirilib ki, qurumun rəhbər şəxsləri – baş direktorun müavinləri Cahid Hüseynov, Rəşad Cavadov və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov bir neçə belə ailədə olmaqla, onları Qurban bayramı münasibətilə təbrik edib, birliyin adından bayram sovqatı paylayıblar.

Qurumun nümayəndələri öncə şəhid Zaur Mədətovun ailəsini ziyarət ediblər. Birliyin əməkdaşı, şəhidin atası Kamal Mədətov oğlunun Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib və onun adının işlədiyi müəssisədə daim uca tutulduğuna görə təşəkkür edib. Şəhid Rauf İbadovun ailəsi də ziyarət olunub. O, Füzuli, Cəbrayıl və Laçın dəhlizi döyüşlərinə könüllü olaraq qatılıb. Qeyd edək ki, Raufun bacısı Banu İbadova Birlikdə işlə təmin edilib. Daha sonra Birliyin qocaman əməkdaşı, Hacıbəy Ulubəyovun ailəsinə baş çəkilib. Onun oğlu Nurəhməd Ulubəyov könüllü olaraq Vətən müharibəsinə yollanıb və Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabr ayının 8-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. “Azəriqaz” İB-nin rəsmiləri Vətən müharibəsinin şəhidi Osman Manafovun ailəsini də ziyarət ediblər. Qeyd edək ki, şəhidin atası Natiq Manafov uzun illərdir ki, Birliyin Təmir-Tikinti İdarəsində çalışır.

Şəhid ailələri onlara göstərilən diqqətə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər
OTACI