Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İrəvanda yenidən ara qarışdı - PARLAMENT UĞRUNDA "SAVAŞ"

20 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Robert Köçəryan deputat mandatından rəsmən imtina etdi. O bununla əlaqədar yekəxana, əslində isə Ermənistan parlamentini aşağılayan izahat verib". 

Press.az xəbər verir ki, bu barədə Redaktor.az-açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, R.Köçəryan vaxtilə Ermənistanın Baş naziri və prezidenti olub, indi isə özünü deputat kimi təsəvvür etmir: 

“R.Köçəryan parlament seçkisinə qatıldıqda N.Paşinyan üzərində qələbə qazanaraq Baş nazir kreslosunu ələ keçirəcəyini proqnozlaşdırırdı. R.Köçəryan bundan aşağı vəzifəyə razı deyildi. Halbuki, N.Paşinyan müharibədə ağır məğlubiyyətə baxmayaraq, R.Köçəryan üzərində qəti qələbə qazandı". 

Politoloq bildirib ki, R Köçəryanın deputat mandatından imtina etsə də, N.Paşinyanla mübarizədən imtina etmədiyini bildirib:

"Başqa sözlə R.Köçəryan Baş nazir olmasa da, ana müxalifət lideri kimi N.Paşinyanın büdrəməsini və ona qarşı inqilabi hərəkata başlamaq üçün fürsət gözləyəcək”.

Oxşar xəbərlər
OTACI